Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Avropa Parlamentinə etiraz etdi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Avropa Parlamentinə etiraz etdi

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Ermənistanın “Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın 52 günlük açlıq aksiyasından sonra ölümünə beynəlxalq təşkilatların susqun qalmasına və Azərbaycana qarşı qərəzli münasibətinə dair bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"Hörmətli Avropa Parlamentinin üzvləri!

Bildiyimiz kimi bu günlərdə Yerevan həbsxanasında 52 gün aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am" saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yegizaryanın ölmüş və bununla bağlı istər Avropa Parlamenti, istərsədə qitənin digər siyasi qurumları heç bir reaksiya verməmişdir. Günlərlə davam etmiş bu aclıq aksiyasnın nə Ermənistan hakimiyyətini, nə də demokratiyanı, insan hüquqlarını əlində bayraq edən beynəlxalq və regional təşkilatları narahat etməməsi təəssüf doğurur.

Halbuki, bundan bir həftə əvvəl Avropa Parlamentinin üzvləri Azərbaycanda gənc bloqqer Mehman Hüseynovun 2 günlük aclıq aksiyasını “dünya miqyasında baş vermiş ciddi siyasi hadisə” kimi götürüb Azərbaycan barədə birtərəfli, yalnız məhkumun qardaşının təxəyyülü əsasında qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdilər. Baxmayaraq ki, Mehman Hüseynovla bağlı Azərbaycanda ölkə prezidentinin ciddi siyasi reaksiyasından tutmuş, milli QHT və insan hüquqları müdafiəçilərinin obyektiv münasibət və mövqeyini gördük.

Yegizaryanın ölümünə və buna heç bir ciddi reaksiyanın sərgilənməməsinə gəldikdə isə bu Avropalı siyasilərin bizlərə yaxşı məlum olan ikili, şərq mədəniyyətinə, müsəlman toplumunun çoxluq təşkil etdiyi cəmiyyətə (Azərbaycana) fərqli təzyiq dili ilə yanaşması və müstəqil siyasi kurs yeridən ölkəmizə ədalətsiz münasibəti ilə hər zaman görmüşük.

Bundan əvvəl Ermənistan parlamentində baş vermiş siyasi terror, dövlət adamlarının güllələnməsi, 10 il öncə Yerevan küçələrinin qana boyadılması, dinc nümayişçilərin öldürülməsi, fərqli dünyagörüşünə görə ictimai-siyasi fəalların dövlət aparatının ciddi təzyiqləri ilə üzləşməsi və illərlə bu təcavüzkar ölkədə total saxtakarlıqlarla keçən prezident və parlament seçkiləri barədə bir bəndlik belə qətnamə qəbul etməyən Avropa Parlamentinin bu yeni “mövqeyi”, əslində mövqeysizliyi də qəbul olunandı. Bunun bir adı var – bizim siyasi maraqlarımızın oyunçusu olan Ermənistana dəstək olaq, öz dəsti xətti olan Azərbaycana qarşı isə qarayaxma aparaq.

Amma Avropa Parlamenti unudur ki, heç bir iqtisadi resursu və inkişafı olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin əsas qarantlarından biridir. Bunula bağlı Avropa Birliyinin və Avropa Komissiyasının qərar və rəsmi şəxslərinin dəfələrlə səslənən mövqeylərini yada salmaq kifayətdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm