Mübariz Qurbanlı: "Onlar gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər"
Bizi izləyin

Nida Xəbər

Mübariz Qurbanlı: "Onlar gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər"

"Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir. Bu bizim şəhidlərin qarşısında olan borcumuzdur və həqiqətləri dünya ictimaiyyətinə daha dəqiq çatdırmaq vəzifəmizdir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, soyqırımla bağlı bəyanatlar qəbul edərək dünya liderlərinə ünvanlanması vacib addımdır: "Cinayətləri unutmamalı və dünyanı məcbur etməliyik ki, bunu yaddaşlarına həkk etsinlər. Soyqırım insanlıq əleyhinə törədilən cinayətdir və bunun müddəti yoxdur. Yəni, bu cinayətin işləri daimi qalır. Həmin cinayətkarlar harada olmalarından asılı olmayaraq ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar".

Dövlət Komitəsinin sədri bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkədə ciddi işlər görülüb və bu gün də davam edir: "Soyqırıma hüquqi siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub. Xocalı soyqırımının dünyaya çatdırılması üçün də Heydər Əliyev Fondunun da danılmaz əməyi var. Görülən işlərin nəticəsi olaraq bu soyqırımın tanınması baxımından müsbət irəliləyişlər əldə edilib. Çünki ölkədə xalqın birliyi var və dövlət başçısına bu istiqamətdə gördüyü işdə dəstək olmalıyıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm