Nida Xəbər
Azərbaycan danışıqlara üçüncü tərəfin cəlb olunması ilə bağlı Paşinyan stereotipini sındırdı - POLİTOLOQ
Azərbaycan və Ermənistan rəhbərlərinin gələcək görüşü ilə bağlı müsbət məqam ondan ibarətdir ki, biz danışıqlar prosesinə üçüncü tərəfin, yəni separatçı rejimin nümayəndələrinin cəlb olunması ilə bağlı Paşinyan stereotipini sındıra bildik.
Bunu azərbaycanlı politoloq, sabiq doplomat Fikrət Sadıqov deyib.
F.Sadıqovun sözlərinə görə, N.Paşinyanın “Biz danışıqlara Qarabağ problemini həll etmək üçün getmirik, hələ danışıqlar prosesinə hazırlaşırıq” kimi sərsəm açıqlamalar verməsinə baxmayaraq, bütün bunlar reallıqdan uzaq sözlərdir:
“Paşinyan başa düşür ki, əsas iştirakçılar Ermənistan və Azərbaycandır, çünki onlar münaqişə tərəfləridir və bu problemlə bağlı məsələlərin nizamlanması onlardan asılıdır. Aydındır ki, bütün bu müddət ərzində Dağlıq Qarabağa doğru addımlar atıb və deyib ki, onların adından çıxış etməyəcək. İşə çatdıqda isə, fikrimcə, Paşinyan başa düşür ki, Ermənistanın rifahı, onun təcriddən çıxması və gələcək mövcudluğu güzəştlərdən və münaqişənin tam həllindən, Azərbaycan torpaqlarının azad edilməsindən asılıdır, amma belə görünür ki, o özünü tam əmin hiss etmir”.
Politoloq bildirib ki, N.Paşinyan Ermənistanın düşdüyü vəziyyətin ziyanını anlayır:
“Fikrimcə, indiki Ermənistan rəhbərliyi nə cür əngəllər törətməyə çalışsa da, yekunda başa düşməlidir ki, onların gələcəyi münaqişənin tam həllindən, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından asılıdır. Düşünürəm ki, söhbət mərhələli nizamlamanı, yəni əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi, daha sonra Dağlıq Qarabağla bağlı danışıqları nəzərdə tutan Madrid prinsiplərindən gedərkən bu, danışıqlar prosesinin indiki mərhələsində əsas şərtdir”.
F.Sadıqov hesab edir ki, Azərbaycan N.Paşinyana siyasi, diplomatik və hətta hərbi təzyiq göstərməlidir. (trend)
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova