Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın - SİYAHI AÇIQLANDI/VİDEO
Bizi izləyin

Nida Xəbər

Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın - SİYAHI AÇIQLANDI/VİDEO

Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb.

Publika.az xəbər verir ki, portalda fiziki şəxs ona hesablanmış kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.

İşləmə mexanizmi isə belədir: borcu olan şəxs şəxsiyyət vəsiqəsini və mobil nömrəsini qeyd edəcək. Telefona şifrə gələcək və həmin şifrəni qeyd etməklə məlumatlara daxil olacaqsınız.

Linkə BURADAN daxil ola bilərsiniz.

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılov deyib ki, kreditləri ödəmiş şəxslər onlara düşəcək kompensasiyanın necə hesablandığı və hesabına yatırılan pul barədə dəqiq məlumat əldə edəcəklər.

Onun sözlərinə görə, portalda vəsaitin yatırıldığı bank, kart hesabı göstəriləcək. Restruktrizasiya ilə bağlı məlumatlar da eynilə portalda öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm