“Sülh naminə ərazi” formulası... - Azərbaycanlı professor
Bizi izləyin

Nida Xəbər

“Sülh naminə ərazi” formulası... - Azərbaycanlı professor

Ermənistanın müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi beynəlxalq hüquqa qarşı həqarətdir. Bu çıxış təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin və bəd niyyətinin nümayişidir. Sülhsevər dünya ictimaiyyəti bundan artıq daha hansı hədəni eşitməlidir ki, nəhayət hərəkətə gəlsin?

Publika.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Əttar deyib. O bildirib ki, Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi bir vaxtda ölkənin müdafiə nazirinin belə ifadələr səsləndirməsi regionda baş verə biləcək xoşagəlməz hadisələrə görə məsuliyyəti bu dövlətin üzərinə qoyur. Dövlətlər arasında qarşılıqlı münasibətlərin əsasını beynəlxalq hüquq, humanizm prinsipləri və sağlam niyyətlər təşkil etməlidir. Bu amillər səmərəli nəticəyə gətirib çıxarır. Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistandakı sosial problemlərin səbəbkarları D.Tonoyan və zaman-zaman onun kimi sərsəm, məsuliyyətsiz, dövlət və hökumət adamına yaraşmayan fikirlər söyləyən şəxslərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm