Nida Xəbər
Nazir Hindistanın səfiri ilə görüşdü
Mədəniyyət naziri Əbülfəs Qarayev 5 aprel tarixində Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanı qəbul etdi.
Nazir Əbülfəs Qarayev yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzuladı və Hindistanla mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyindən əminliyini ifadə etdi.
Nazir qeyd etdi ki, iki ölkənin mədəniyyət müəssisələri arasında fəal əməkdaşlıq mövcuddur. Son illərdə Hindistanda Azərbaycana maraq artmış, Hindistan filmlərinin Azərbaycanda çəkilməsi ilə əlaqədar çoxsaylı layihələr həyata keçirilmişdir.
Səfir Bavitlunq Vanlalvavna əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini bildirdi.
Nazir Əbülfəs Qarayev 2018-ci ilin 11 oktyabr tarixində Dehli şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında 2019-2023-ci illər üzrə Mədəni Mübadilə Proqramı” imzalandığını və hazırda adıçəkilən proqram əsasında Fəaliyyət Planının hazırlandığını qeyd etdi.
Nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun-10 iyul tarixində keçiriləcək YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək Hindistan rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirdi və Hindistan tərəfini tədbirdə fəal iştiraka dəvət etdi.
Səfir Bavitlunq Vanlalvavna dəvətə görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirdi və hər iki tədbirin təşkilində uğurlar arzuladı.
-
MDB11:55
Rusiyada üç hava limanı müvəqqəti bağlandı
-
Sosial10:36
Şad xəbər: evlərə istiliyin verilməsi tarixi qabağa çəkildi
-
Region09:00
Türkiyədən ACI XƏBƏR: ölənlər və yaralananlar var
-
MDB08:24
Küçə itləri qadını PARÇALADILAR
-
Nəqliyyat08:12
Aeroporta gedənlərin NƏZƏRİNƏ - Bəzi qadağalar QÜVVƏYƏ MİNDİ
-
Magazin105:15
Natiq Şirinovun oğlu təcili əməliyyat olundu - FOTO
-
Hadisə04:14
21 yaşlı Fərid ağır qəzanın qurbanı oldu
-
Dünya03:13
İraqda qızlar üçün "razılıq yaşı" 9-a ENDİRİLİR