Nida Xəbər
Səməd Seyidovdan AŞPA-nın sessiyasında SƏRT ÇIXIŞ
2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul edib. Sözügedən iş erməni təcavüzü zamanı Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 2005-ci il 6 aprel tarixli iddia müraciətinə əsaslanır. Bu iş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını da təsdiqləyir. Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına riayət etməsi üçün hansı addımları atır?
Publika.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yaz sessiyası çərçivəsində qurumun Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soininin çıxışından sonra ona bu sualla müraciət edib.
Avropa Şurası Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soini cavab verərək bildirib ki, Nazirlər Komitəsi məhkəmə qərarlarını yaxından izləməyi qərara alıb. Bu qərara da Nazirlər Komitəsinin əsas prinsipi çərçivəsində yaxından baxılacaq.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi