Mədət Quliyev akademik Nailə Vəlixanlını təltif etdi
Bizi izləyin

Nida Xəbər

Mədət Quliyev akademik Nailə Vəlixanlını təltif etdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilib.

Publika.az xəbər verir ki, DTX-nin sədri, general-polkovnik Mədət Quliyevin imzası ilə verilən vəsiqədə akademik Nailə Vəlixanlının “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyi qeyd edilib.

Yubiley medalı Muzeyi ziyarət edən DTX nümayəndəsi tərəfindən akademik Nailə Vəlixanlıya təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm