Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş müsabiqənin açılış mərasimi keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş müsabiqənin açılış mərasimi keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) birlikdə keçirdikləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, tədbir ADMİU və ADPU tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycanın Dövlət Himni ilə başlanıb.

Mərasimi açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova və ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək qeyd ediblər ki, müsabiqənin əsas məqsədi dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı vətənpərvər və milli ruhlu gənc pedaqoji kadrların hazırlanmasıdır. Onlar müsabiqə iştirakçılarını əlamətdar hadisə münasibəti ilə təbrik edib, hər iki təhsil ocağının tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra təqdim edilən konsert proqramında tələbələrin ifasında Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, A.Piazollanın “Libertanqo”, E.Sabitoğlunun “Dədə Qorqud” suitası, V.Mustafazadənin “Tam tənha”, “Yollar”, H.Vəkilovun “Şırırığı”, Ü.Hacıbəylinin “Koroğlu”operasından “Şikəstə”, Niyazinin “Arzu”, N.Mirməmmədlinin “Bakı”, T.Quliyevin “Qaytağı”, O.Kazıminin “Uca dağlar” mahnıları səslənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm