Nida Xəbər
Elmar Məmmədyarov Emilio Monzo ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, E.Monzo səmimi qarşılanmaya görə təşəkkürünü bildirməklə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və Milli Məclisin sədri ilə görüşün keçirildiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından faydalı müzakirələrin aparıldığını vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğulayıblar.
E.Məmmədyarov 2019-cu ilin martında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd edib.
Ölkələr arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran nazir səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
E.Monzo E.Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.
Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR