Nida Xəbər
Kaliforniyada Heydər Əliyevə həsr olunan turnir keçirildi - FOTO
ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə artıq ikinci ildir keçirilən və “Bakı Açıq Şahmat Turniri 2019” adlandırılan turnir San-Dieqo Şahmat Klubu tərəfindən təşkil edilib. San-Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.
Turnirdən əvvəl Baş Konsulluğun konsulu Rəşad Eyvazov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Diplomat Ulu Öndərin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini, onun əvəzsiz xidmətlərinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
Sonra çıxış edən San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq və San-Dieqo Şahmat Klubunun vitse-prezidenti Çak Ensi Azərbaycanda şahmatın inkişafı barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıblar.
Dörd turdan ibarət turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50-dən çox şahmatçı öz güclərini sınayaraq altı bölmədə mübarizə aparıblar. Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq şəhadətnamələr və mükafatlar təqdim olunub.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR