“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olundu - FOTO

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, bu mərhələnin şərtlərinə əsasən, müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.

“Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm