Qarabağ ermənilərindən Paşinyana ETİRAZ: Adımızdan DANIŞMA
Bizi izləyin

Nida Xəbər

Qarabağ ermənilərindən Paşinyana ETİRAZ: Adımızdan DANIŞMA

Ermənistanın Baş naziri Nikol Paşinyan sələfi Serj Sərkisyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır.

Bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında bildirilib.

Sənəd Tiflisdə təsis olunan “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.

Bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndində meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır:

"Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”.

Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının fəalları imzalayıblar. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm