Nida Xəbər
Rusiya telekanallarında erməni lobbisi... - Azərbaycana HÜCUMUN PƏRDƏARXASI
Terror təşkilatlarına silah tədarükü mövzusu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri ərəfəsində yayılıb. Hesab edirəm ki bu, erməni lobbisinin Moskva ilə Bakının münasibətlərini pozmaq üçün növbəti uğursuz cəhdi idi.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri "Baku Network" Ekspert Şurasının direktoru Elxan Ələsgərov bildirib.
"ABŞ tərəfindən terror təşkilatlarına silah tədarükü məsələsi son günlərdə Rusiya mətbuatında, xüsusilə də “Rossiya 24” telekanalında verilişlərin birində müzakirə olunur.
Ötən gün bu mövzu yenidən Rusiya televiziyasında müzakirə obyekti olub, bu dəfə həmin kontekstdə guya terror təşkilatlarına silah tədarük edən Azərbaycanın “Silk Way” aviaşirkətinin də adı çəkilib", - o qeyd edib.

Elxan Ələsgərovun sözlərinə görə, həmin təxribatın Rusiya televiziyasında erməni təbliğat maşınının vasitəçiliyi ilə yer aldığı heç bir şübhə doğurmur:
"Sirr deyil ki, ermənilər mətbuat vasitəsilə dünya ermənilərinin Rusiyada maraqlarını yaymaq üçün tez-tez Azərbaycan haqqında kütləvi yalan məlumatlar tirajlayırlar. Qeyd etmək lazımdır ki, terror təşkilatlarına silah tədarükü mövzusu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri ərəfəsində yayılıb. Hesab edirəm ki bu, erməni lobbisinin Moskva ilə Bakının münasibətlərini pozmaq üçün növbəti uğursuz cəhdi idi.
Eyni zamanda Rusiya telekanallarında erməni lobbisinin vasitəçiliyi ilə səslənən təxribatçı bəyanatlar təhlükəli trendə çevrilir, çünki bu, Rusiya ictimaiyyətində Azərbaycan və ölkəmizdə baş verən proseslər barədə yanlış təsəvvürlər formalaşdırır.
Bir neçə il əvvəl Rusiya televiziya proqramlarında yenə erməni lobbisinin vasitəçiliyi ilə absurd ittiham səslənirdi ki, guya Azərbaycan Silahlı Qüvvələrində İŞİD terrorçuları döyüşür.
“Silk Way” aviaşirkətinin fəaliyyəti ilə bağlı təxribatçı bəyanatlara gəldikdə isə, hesab edirəm ki, şirkətin fəaliyyəti Azərbaycanın qonşularımıza rahatlıq verməyən uğurlu nəqliyyat siyasətinin bariz nümunəsidir. Görünür ki, Yerevanda “Silk Way Airlines” aviaşirkətinin yükdaşıma şəbəkəsinin daim genişlənməsi, tədarük coğrafiyasının böyüməsi, bununla da Azərbaycan nəqliyyat imkanlarının artması ciddi narahatlıq doğurur".
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

.jpg)
























