Brayzadan Paşinyana ETİRAZ: Vasitəçi olsaydım...
Bizi izləyin

Nida Xəbər

Brayzadan Paşinyana ETİRAZ: Vasitəçi olsaydım...

Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir.

Bu sözləri Azərtac-a açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza söyləyib.

Siyasətçi Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə bəyanatlar verdiyini bildirib: “Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm