XİN: Azərbaycan hərbi qulluqçusunun qətlini törədənlər cəzalandırılacaq
Bizi izləyin

Nida Xəbər

XİN: Azərbaycan hərbi qulluqçusunun qətlini törədənlər cəzalandırılacaq

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirlərin görüşünə gəldikdə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm