Nida Xəbər
Əli Əsədov göstərilən etimada görə təşəkkür etdi
Əli Əsədov yeni Baş nazir kimi Milli Məclisdə çıxışı zamanı Azərbaycan Prezident İlham Əliyevə ona göstərdiyi etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.
Publika.az xəbər verir ki, Baş nazir qeyd edib ki, Prezidentin səyi nəticəsində Azərbaycan böyük inkişaf yolu keçir: “Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb”.
Əli Əsədov deyib ki, əsas problem doğma Qarabağın işğal altında olmasıdır: “Ermənistan rəhbərliyinin populist çıxışına Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verilib. Qarabağın azad edilməsi üçün hərbi imkanlarımızın artırılması hər zaman prezidentin əsas prioriteti olub”.
Əli Əsədovun sözlərinə görə, əmək haqları 2,4, pensiyalar isə 3 dəfə artırılıb. O, xatırladıb ki, sosial iqtisadi problemlərin həlli üçün son dövrlər ciddi işlər görülür, əmək haqları, təqaüdlər artırılıb.
Milli Məclisin sədri Oqtay Əsədov çətin və məsuliyyətli işində Əli Əsədova uğurlar arzulayıb.
Çıxışdan sonra yeni baş nazir Milli Məclisi tərk edib.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO