Tanınmış ictimai fəal partiya sədrinin müavini təyin olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

Tanınmış ictimai fəal partiya sədrinin müavini təyin olundu - FOTO

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı yeni müavininn təyin edilməsi barədə bu gün sərəncam imzalayıb.

Həmin sərəncama əsasən, “Hilal” İctimai Birliyinin sədri, ictimai fəal Arzuman Abdulkərimov Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini təyin olunub.

Musavat.com Arzuman Abdulkərimovun tərcümeyi-halını təqdim edir:

A. Abdulkərimov 5 sentyabr 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Gənc yaşlarından Milli Azadlıq Hərəkatında və ictimai-siyasi proseslərdə aktiv rol oynayıb. Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.

2005-ci ildə 107 saylı Qazax DSK-dan deputatlığa namizəd olub. Seçkilərdən sonra Müsavat partiyasının üzvlüyündən seçkilərin demokratik şəkildə keçirildiyini bəyan edərək istefa verib, Yeni Azərbaycan Partiyasına üzv olub.

İctimai fəal şəxs olaraq ictimai-siyasi proseslərdə aktiv iştirak edib. Bir neçə il ərzində kiçik sahibkarlıqla məşğul olub. 2015-ci ildə Hilal təşkilatını, 2017-ci ildə Yeni Kanal internet televiziyasını təsis edib.

Azərbaycan dövlətinin əleyhinə yönələn xarici və daxili siyasi kampaniyalara qarşı daim aktiv mövqe sərgiləyib. Azərbaycanı bir sıra beynəlxalq və yerli konfranslarda təmsil edib.

Ailəlidir, iki övladı var.(Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm