Nida Xəbər
Varşavada erməni təxribatının qarşısı alındı
Polşanın Varşava şəhərində ənənəvi “TT Warsaw” turizm sərgisi açılıb.
Sərgidə Ermənistan tərəfini təmsil edən “Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, “Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib.
Bununla əlaqədar Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal “TT Warsaw” sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilib. Həmçinin Gürcüstanın Polşadakı səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib.
“TT Warsaw” sərgisinin təşkilatçıları Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın “Etnoarmenia” şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə ediblər. Sərginin təşkilatçıları tərəfindən “Etnoarmenia” şirkətinə şiddətli xəbərdarlıq edilib və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilib.(Azərtac)
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO