Bakı yol polisinə YENİ RƏİS TƏYİNATI - FOTO
Bizi izləyin

Nida Xəbər

Bakı yol polisinə YENİ RƏİS TƏYİNATI - FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

Publika.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovniki Rəşid Piriyev bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, R.Piriyev dünənədək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Onu da qeyd edək ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov və rəis müavini Balakişi Əhmədov vəzifəsindən azad olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm