Amerikalı professor Paşinyanı RƏZİL ETDİ: "Niyə oğlunuz Qarabağda..." - VİDEO
Bizi izləyin

Nida Xəbər

Amerikalı professor Paşinyanı RƏZİL ETDİ: "Niyə oğlunuz Qarabağda..." - VİDEO

Video əlavə olunub.

***

"Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir" deyirsiniz. O zaman niyə oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?".

Publika.az xəbər verir ki, bu sözləri Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, amerikalı-israilli professor Brenda Şaffer şəxsi tvitter səhifəsində qeyd edib.

Professor Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir" bəyanatını belə şərh edib.

Qeyd edək ki, Şaffer Amerika Birləşmiş Ştatlarında anadan olub. Doktorluq dissertasiyasını Təl-Əviv Universitetində müdafiə edib, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışıb. İngilis, türk, rus, azərbaycan və ivrit dillərini bilir. Hazırda Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir. Azərbaycan Diplomatik Akademiyasında işləyib. Professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş "Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm