Azərbaycan Ordusu həyəcan siqnalı ilə qaldırıldı - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusu həyəcan siqnalı ilə qaldırıldı - FOTO/VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm