Deputatlar icra başçısına görə mübahisə etdi
Bizi izləyin

Nida Xəbər

Deputatlar icra başçısına görə mübahisə etdi

Yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının fikirlərinə qarşı çıxıb: “Son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə mən çıxış etmişəm. Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm