Nida Xəbər
Fonda toplanan vəsaitlərin hər manatının üzərində ciddi nəzarət olacaq - Ziyad Səmədzadə
Azərbaycan dünyanın bir parçasıdır və ölkəmizdə də koronavirusla bağlı tədbirlər görülür.
Publika.az xəbər verir ki, bu sözləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ölkə başçısının iştirakı ilə iclas keçirilib və bildirib ki, ölkəmizin koronavirusla mübarizə üçün kifayət qədər potensialı var: "İctimai Nəzarət Şurasının yaradılması böyük hadisədir. Qloballaşan dünyada bu tip bəlaların meydana gəlməsi çoxdur və qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.
Azərbaycan bu mübarizədə müsbət nəticələr əldə edib. Bu, Azərbaycan prezidentinin qabaqlayıcı tədbirləri, dövlətin iqtisadi gücünün artırılması, səhiyyənin hesabınadır.
Azərbaycan bu fondu yaratmaqla koronavirusla mübarizənin incə istiqamətlərini nəzərdə tutub. Bu fond kifayət qədər şəffaf fonddur.
Əmin ola bilərsiniz ki, fonda toplanan vəsaitlərin hər manatının üzərində ciddi nəzarət olacaq. 11 mindən çox insan fonda öz dəstəyini verib".
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur















.jpg)



















.jpg)
.jpg)

