Nida Xəbər
Miqrasiya Məcəlləsi dəyişdi - Viza almaq asanlaşdı/VİDEO
Video əlavə olunub.
xxx
Milli Məclis Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edib.
Publika.az xəbər verir ki, qanun haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Vitse-spiker Əli Hüseynli deyib ki, dəyişikliklər asan viza alınması ilə bağlıdır. Onun sözlərinə görə, indi Azərbaycana gələn turistlər 3 saat ərzində elektron qayda da viza ala bilirlər. Hava limanında da yerindəcə viza proseduru həyata keçirilir.
Əli Hüseynli əlavə edib ki, təkliflərdən biri Azərbaycan-Gürcüstan sərhəddində viza şöbəsinin yaradılmasına dair olub: “Mən bu təklifi qanunu təqdim edən subyektin nəzərinə çatdırmışam. Amma vurğulayım ki, Azərbaycan prezidentinin müvafiq fərmanı ilə indi 3 saat ərzində elektron viza almaq mümkündür. Yerində viza almaq üçün müraciətlərin sayı çox azdır. Analizlər göstərib ki, son illər ölkəmizə gələn turistlər elektron viza almağa üstünlük verirlər”.
Komitə sədri qeyd edib ki, digər təklif viza rüsumunun hər ölkə üçün qeyd edilməsi və bunun milli valyuta şəkilində həyata keçirilməsi haqda olub: “Birdəfəlik vizalar üçün vahid taarif var. Bu 20 avrodur. Çoxtərəfli vizaların qiyməti isə fərqlidir. Bunun bir səbəbi odur ki, ölkələr bunu qarşılıqlı formada razılaşdırırlar. İkinci səbəb də bizim vətəndaşlarımıza münasibət necədirsə, bizim də oradan gələn turistlərə münasibət buna uyğun olur. Hesab edirəm ki, bu normal yanaşmadır”.
Layihəsi səsə qoyularaq qəbul edilib. Bununla yanaşı “Turizm Haqqında" qanun da qəbul olunub.
Video: Sevinc Xanqızı
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər










.jpg)



.webp)






















