• USD 1,7000 0,00% EUR 1,9371 +0,43%
    • GBP 2,1373 +0,13% RUB 0,0240 0,00%

Dünya liderlərinin ölkə başçısına təbrikləri davam edir

Dünya liderlərinin ölkə başçısına təbrikləri davam edir

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qoy Uca Allah xalqınıza hər zaman tərəqqi və firavanlıq bəxş etsin.

Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək.

Sizin Qoşulmama Hərəkatında sədrliyinizi, xüsusilə də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, videokonfrans vasitəsilə keçirilmiş sammitin təşkil edilməsi təşəbbüsünüzü yüksək dəyərləndirdiyimi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı əməkdaşlıq bu çətin zamanlarda daha da güclənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin”.

***

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm.

Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz”.

***

Mərakeş Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə tərəqqi və firavanlıq arzulayıram.

Xalqlarımız arasındakı qardaşlıq əlaqələrini və qarşılıqlı hörməti nəzərə alaraq faydalı əməkdaşlığımızı gücləndirmək və genişləndirmək istiqamətində Sizinlə birgə işləməyə davam edəcəyimizə ümid bəsləyirəm. Bu, xalqlarımızın maraqlarına xidmət etməkdə, müsəlman ümməti arasında həmrəyliyi və birliyi tərənnüm etməkdə bizə kömək olacaq”.

***

Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Zati-aliləri.

Bu məktubumla ölümcül COVID-19 pandemiyasına qarşı mübarizədə səylərimizi gücləndirmək üçün Pakistana bir milyon ABŞ dolları məbləğində humanitar yardımın ayrılmasına dair Azərbaycanın verdiyi qərarla bağlı təşəkkürümü çatdırıram.

Belə çətin zamanlarda bu cür düşünülmüş jest bizim yaxın və qardaşlıq münasibətlərimizin təzahürüdür. Pakistan xalqı azərbaycanlı qardaşları tərəfindən edilmiş bu xeyirxahlığı daim xatırlayacaqdır.

İcazə verin, həmçinin Sizi Qoşulmama Hərəkatının Təmas Qrupunun bu yaxınlarda uğurla keçirilmiş, COVID-19 qlobal təhdidinə qarşı mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü ilə bağlı təbrik edim. Bu, vaxtında göstərilmiş təşəbbüs idi. Səmərəli qlobal cavab tədbirləri üçün biz hamımız birlikdə olmalı, əlaqələndirilmiş və vahid icra mexanizminə əsaslanan birgə strategiya həyata keçirməliyik.

Fürsətdən istifadə edərək, müqəddəs Ramazan ayında bu cür həmrəylik nümayişinə görə Sizə və Azərbaycan xalqına bir daha təşəkkür edir, Zati-alinizin cansağlığı, xoşbəxtliyi və rifahı üçün dua edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq, Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov, Gürcüstan Prezidenti Salome Zurabişvili, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi də Prezident İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR