Nida Xəbər
ABŞ Dağlıq Qarabağla bağlı onlarla məxfi sənədi açdı - Zahid Oruc
ABŞ Dövlət Departamenti üzərindən 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağ ətrafında 1993-95-ci illərdə baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi 26 may tarixində ictimaiyyət üçün açıq elan edib. Dövlət adamlarımız, siyasətçilərimiz və təhlilçilərimiz onunla Bill Klintonun şəxsi elektron kitabxanasının rəsmi ünvanında tanış ola bilərlər. Diqqətinizi cəlb etmək istədiyimiz mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin, yaxud ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrinin yerləşdirilməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədrinin sözlərinə görə, sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib:
“Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda Azərbaycan Prezidenti yeganə dövlət başçısı olub ki, belə mövqe tutub və Ermənistanın işğal reallığını diplomatik sənədlər üzərinə daşıyaraq onun qəbul etdirilməsinə imkan verməyib. Həmin diplomatik yazışmalarda necə gərgin danışıqlar, ağır hərbi döyüşlərin getdiyi bir şəraitdə beynəlxalq siyasi cəbhədə necə fədakarlıq göstərildiyini də görmək mümkündür. Bunlarla yanaşı, biz ötən iclasların birində Heydər Əliyevin Britaniya Baş naziri Con Meycorla danışıqlarda, 1995-ci ildə beynəlxalq birlikdən, London və Vaşinqtondan Qarabağ məsələsində obyektiv mövqe tutmaları üçün hansı prinsipiallığı, tələbləri və sərt xətti həyata keçirdiyinin şahidi olmuşduq. Biz istərdik ki, tarixə obyektiv baxmaq istəyən hər kəsə kütləvi informasiya vasitələrimiz o həqiqətləri göstərsin. Aydın məsələdir ki, əgər regionda xarici hərbi birliklər yerləşdirilsəydi, münaqişə tamamilə onların inhisarına keçəcəkdi. Ona görə də xarici hərbi qüvvələrin gəlməsinin qarşısını alan, suveren hüquqlarımızı sonadək ləyaqətlə, peşəkarlıqla qoruyan liderin məhz Heydər Əliyev olduğunu bir daha vurğulamaq lazımdır. O vaxt hakimiyyət əleyhinə minlərlə böhtan və şər yazanlar da - necə ki, onu indi də edirlər - tarix qarşısında öz cavabdehliklərini dərk etsinlər”.
-
İdman06:16
Neymarın qızının “milyon dollarlıq ad günü” - FOTO/VİDEO
-
Magazin105:45
Alizade sevgilisi ilə - FOTO
-
Nida Xəbər 01:00
Ciorcia Meloni Azərbaycana gəldi
-
Magazin100:30
Manafa itki üz verdi - Yemək yedikləri yerdə qəfil öldü
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Şəxsi münasibətlərdə çətinliklər yarana bilər
-
İdman12 Noyabr 23:36
Ronaldinyo Bakıda belə qarşılandı - FOTO/VİDEO
-
Magazin112 Noyabr 23:00
Azərbaycanda boşananların məclisində oxuyan müğənni kimdir? - VİDEO
-
İdman12 Noyabr 21:27
Ronaldinyodan Bakı ilə bağlı paylaşım - Ona salam göndərdi / VİDEO