Bu məsələləri niyə əvvəllər qaldırmırdınız? - Sahibə Qafarova
Bizi izləyin

Nida Xəbər

Bu məsələləri niyə əvvəllər qaldırmırdınız? - Sahibə Qafarova

Parlamentdə ilk yaratdığınız üçün sizə təşəkkür edirəm. Milli Məclisdə ilk dəfədir ki, cari məsələlərin müzakirəsinə yazılan hər kəsə çıxış üçün imkan yaradırsınız.

Publika.az xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarovaya xitabən deyib.

O təklif edib ki, cari məsələlərin müzakirəsi zamanı yarım saat deyil, bir saat vaxt ayrılsın:

“Həmçinin 10 dəqiqəlik çıxış olmur, bu, məruzə olur. Fikrimcə, 10-dan çox həmkarımız məsələlərin müzakirəsinə yazılıbsa, çıxışları 3 dəqiqəyə endirək”.

Spiker isə bildirib ki, cari məsələlərin müzakirəsinin vaxtını 1 saata çatdırmaq mümkün olmayacaq:

"Nəzərə alın ki, bizim iclaslarımız cəmi 4 saat çəkir. Mən ötən dəfə də dedim, siz bu məsələləri niyə əvvəllər qaldırmırdınız? Əvvəl bu təkliflərinizi irəli sürərdiniz, mən də bura gələndə hazır qərarlarla gələrdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm