Nida Xəbər
“Əli İnsanov dediklərinə özü də gülürdü…” - Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin BayMedia-ya müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, Əli İnsanov bəyan edib ki, ölkəni vəziyyətdən çıxarmaq üçün 4 partiyanın etmad hökuməti formalaşdırmasına ehtiyac var. Siz necə düşünürsünüz?
- Əli İnsanov ahıl yaşında yenidən siyasi hakimiyyətə qayıtmaq istəyir. Siyasi rəqabətin güclü olduğu bir zamanda özünə diqqəti cəlb etməyin başqa yolunu tapa bilmir. Yəqin fikir verdinizsə, dediklərinə özü də gülürdü. Bu gün Qərbdən siyasi dəstək almaq ümidi ilə Azərbaycanın Avratlantik məkana inteqrasiya olinmasının zəruriliyindən danışır. Amma hakimiyyətdə olarkən Qərb dəyərlərini Azərbaycandan silmək üçün ən amansız möqe sərgiləyən hökumət üzvü olub. Müxalifətə həqarət edən, addımbaşı onu ən pis formada aşağılayan şəxs kimi yadda qalıb. Amma həbs olunandan sonra təhqir etdiklərinin dəstəyini almaq üçün onlardan üzr də istəyib. Bunu dəstək almaq istədiyi Qərb dairələri də bilir. Hakimiyyətdən də Prezidentlə fikir ayrılığına görə getməyib. Dediyinə görə, onunla mehriban şəkildə görüşüb icazə alaraq xaricə gedib, qayıdanda isə həbs olunub.
Bundan başqa ölkədə fövqəladə nə baş verib, hansı böhran yaranıb ki, etimad hökuməti qurulması məsələsi gündəmə gəlsin?! Həm də İnsanovun müəyyənləşdirdiyi partiyalarla. Cəmiyyətimiz inkişaf edib və dəyişikliklər istəyir. Bu dəyişikliklər Konstitusion yolla, Prezident tərəfindən islahatlar yolu ilə həyata keçirilməlidir.
Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək.
- Qüdrət bəy, bəlli müsahibəsində Əli İnsanov dolayısı ilə Prezidenti yaxın ətrafına xəyanətdə ittiham edib. Bu məsələyə münasibətiniz necədir?
- Diqqətli vətəndaşlar görürlər ki, Prezident ona xəyanət edənləri, ya da işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edir, yaxud cəzalandırır. Əslində bəzi hallarda Prezidenti belə məsələlərdə çox gözləməklə bağlı tənqid etmək olar. Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir. Ona görə də “adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəlinə uyğun davranır.
-
Magazin119:36
Azərbaycanlı modelin fotosu “Times”da - VİDEO
-
Avropa19:12
İspaniya kralı Valensiyada palçığa qərq oldu - VİDEO
-
Hadisə18:48
Mingəçevirdən ACI XƏBƏR - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
-
Magazin118:36
Pərviz Bülbülə duet ortağı ilə deyişdi: "Kaş əvvəlki Türkan ola..." - VİDEO
-
Nəqliyyat18:24
Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT
-
Magazin117:07
"Hərdən yüngülcə qalxan əl..." - Elşad Xosedən qadına şiddətlə bağlı şok sözlər
-
Dünya15:55
Tələbə qız etiraz əlaməti olaraq universitetdə soyundu - VİDEO
-
Hadisə14:35
Nərimanovdakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ