Nida Xəbər
BMT Azərbaycana bu sahədə texniki yardım göstərəcək - RƏSMİ
Koronavirus pandemiyası ilə mübarizədə biz Azərbaycanla tərəfdaş olaraq iştirak edirik və Azərbaycanın yanındayıq.
Publika.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib.
Q.İsaqzai bildirib ki, bu məsələdə Azərbaycanın müvafiq qurumları - TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur: "Əməkdaşlığın əsas məqsədi koronavirusla mübarizədə edilən texniki yardımdan Azərbaycanın da faydalanmasıdır. Biz çox konkret sahələrdə texniki yardımı təmin etmişik. Bu yardımlar ÜST vasitəsilə Azərbaycana çatdırılır" .
O qeyd edib ki, Azərbaycanda bu sahədə səlahiyyətli qurumlarla riskli olan sahələrdə bilik və bacarıqların təşkil olunmasında təlimlər təşkil olunur: "Bununla bərabər, müxtəlif kampaniyalara dəstək olmuşuq. "Təmiz əllər", eyni zamanda, influserləri cəlb edərək insanlara məsuliyyətin aşılanmasına dəstək olmuşuq, həmçinin onlayn dərslərdə uşaqların iştirakına töhfələrimizi vermişik".
İsaqzai əlavə edib ki, BMT TƏBİB və Səhiyyə Nazirliyini tibbi ləvazimatlarla təmin edib: "Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparırıq. Əsas mövzumuz sosial iqtisadi vəziyyətin bərpası ilə bağlı Azərbaycana texniki yardımın göstərilməsidir".
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı