“Dövlətin məqsədi vətəndaşlarını risklərdən qorumaqdır” - Prezidentin köməkçisi
Bizi izləyin

Nida Xəbər

“Dövlətin məqsədi vətəndaşlarını risklərdən qorumaqdır” - Prezidentin köməkçisi

"Bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar. Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, karantin rejimini pozmaqla "qəhrəmanlıq" etdiyini düşünənlər yanılırlar:

“Media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur. Dövlətin növbəti iki həftədə xüsusi karantin rejimi tətbiq etməkdə məqsədi vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm