Azərbaycan Ordusu daha 5 şəhid verdi - SİYAHI
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusu daha 5 şəhid verdi - SİYAHI

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun daha beş əsgəri şəhid olub.

Publika.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Şəhidlərimizin siyahısı:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı İlqar Ayaz oğlu

4) Gizir Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

General qeyd edib ki, düşmənin 100-dək canlı qüvvəsi, çoxsaylı texnikası məhv edilib.

Qeyd edək ki, bugünkü döyüşlər nəticəsində Azərbaycan Ordusunda general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də qəhrəmancasına şəhid olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm