Generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm