Sahibə Qafarova: "Böyük işlər bacarırıq"
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova: "Böyük işlər bacarırıq"

Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu ölkənin ticarət naziri Ruhsar Pekcanla görüşüb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud ticarət həcmini artırmaq üçün potensialın olduğu vurğulanıb. R.Pekcan bildirib ki, ötən il ikitərəfli ticarət dövriyyəsinin həcmi 4,4 milyard ABŞ dolları olub.

S.Qafarova isə iki ölkə arasında inkişaf edən əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə davam edəcəyini vurğulayıb: “Biz gələcəyimizi birlikdə qururuq. Türkiyə ilə Azərbaycan böyük işlər bacarır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bütün türk dünyasının bir-biri ilə bağlayacaq xətdir. İki qardaş ölkənin fəaliyyəti nəticəsində həyata keçirilən bu layihə Azərbaycan və Türkiyənin Asiya ilə Avropa arasında bir nəqliyyat mərkəzi olma strateji hədəflərinin əhəmiyyətli bir parçasıdır. Bu strateji hədəfə tezliklə qovuşacağımıza əminəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm