Bıçaq sümüyə dirənib, xalqımıza güvənərək deyirəm ki... - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Bıçaq sümüyə dirənib, xalqımıza güvənərək deyirəm ki... - DEPUTAT

“Dövlət sərhədimizin Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub, 1 əsgərimiz yaralanıb. BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın təxribat xarakterli bu kimi əməlləri onun iç üzünü açıq-aşkar göstərir. Əslində, ölkəmizin bir şərti var: işğalçılar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, artıq bıçaq sümüyə dirənib: “Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Reallıq isə bundan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Bütün bunlara baxmayaraq, yüksək döyüş əzmində olan ordumuz torpaqlarımızı azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadirdir. Ordumuzun hərbi hazırlığına və döyüş əzminə, vətəndaşlarımızın yüksək vətənpərvərlik və milli birlik hissinə güvənərək əminliklə qeyd edirəm ki, böyük qələbə günü uzaqda deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm