Xankəndində SON VƏZİYYƏT: ermənilər qaçır
Bizi izləyin

Nida Xəbər

Xankəndində SON VƏZİYYƏT: ermənilər qaçır

Azərbaycan Ordusunun əks-hücumu Xankəndində erməni əhalisini təşvişə salıb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə erməni istifadəçilər məlumat yayır.

Məlumatlara görə, qondarma rejim əhaliyə çölə çıxmamağı ilə bağlı göstəriş verib. Yerli əhali sığınacaqlara yerləşdirilir. Səhər saatlarında Xankəndi şəhərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Əhalinin evlərini tərk etməməsi üçün Xankəndi və Ermənistana gedən yollar bağlanıb.

Bu gün qondarma “hökumət”in növbədənkənar iclası keçirilib. İclasın nəticələrinə əsasən, ümumi səfərbərlik qərarı qəbul olunub. Baş vermiş hadisələrlə bağlı yerli əhali təşvişdədir.

Hazırda Xankəndi şəhərinin küçələri mülki şəxslərdən tam təmizlənib, yalnız hərbi texnikanın intensiv hərəkəti müşahidə olunur. Məlumata görə, könüllülərin orduya cəlb olunması istiqamətində iş aparılır. Xankəndi və Ermənistan arasındakı avtomobil nəqliyyatı ilə hərəkət tam dayandırılıb. Yerli əhali arasında gərginliyin yalnız rəsmi Moskvanın müdaxiləsi ilə həll oluna biləcəyi barədə söhbətlər gəzir. Xankəndi şəhərində atəş davam edir və artıq 5 saatdır cəbhə bölgəsində döyüşlər gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm