Pompeodan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
Bizi izləyin

Nida Xəbər

Pompeodan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycanı sentyabrın 27-dən davam edən toqquşmaları dayandırmağa çağırıb.

M.Pompeo bu çağırışı Yunanıstanın Krit adasına səfəri zamanı edib.

Yunanıstanın Xarici işlər naziri Nikos Dendiasla görüş zamanı ABŞ Dövlət katibi, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edib:

"Mən və Xarici işlər naziri Dağlıq Qarabağdakı münaqişəni müzakirə etdik. Ermənistan və Azərbaycan hərbi əməliyyatları dayandırmalı, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işi bərpa etməli tezliklə predmet danışıqlara qayıtmalıdır". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm