Mingəçevirdə mülki şəxslər yaralanıb - HİKMƏT HACIYEV - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Mingəçevirdə mülki şəxslər yaralanıb - HİKMƏT HACIYEV - (YENİLƏNDİ)

"Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə Ermənistan tərəfindən 4 ədəd TOCHKA-U qısa mənzilli balistik raket atılıb".

Publika.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, infrastruktura ciddi ziyan dəyməyib. Ancaq mülki şəxslər yaralanıb:

"Ermənistanın dövlət terroru və ətraf terroru davam edir".

22:28

***

"Ermənistan dövlətinin azərbaycanlı mülki şəxslərə qarşı terroru davam edir".

Publika.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, bir neçə dəqiqə öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket hücumu təşkil edib:

"Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası var. Bu, çarəsizliyin barbar ifadəsidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm