Koreyanın ən böyük auditoriyaya malik qəzeti Azərbaycan həqiqətlərini yazdı
Bizi izləyin

Nida Xəbər

Koreyanın ən böyük auditoriyaya malik qəzeti Azərbaycan həqiqətlərini yazdı

Hazırda Ermənistan və Azərbaycan arasında baş verən hərbi qarşıdurma Azərbaycan ərazisində baş verir, Azərbaycanın məqsədi yalnız öz ərazisini xarici işğalçılardan təmizləməkdir.

Publika.az xəbər verir ki, Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, uzun illər ərzində sülh danışıqlarına sadiq qalmışdır. Əgər hər hansı xarici ölkənin ordusu Koreya ərazisinin 20%-ini qanunsuz işğal etsəydi, günahsız vətəndaşlarını soyqırımına məruz qoysaydı, Koreya xalqı buna necə reaksiya verərdi? Azərbaycan uzun illər hücuma məruz qalsa da susmuşdur və Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həllinə ümid bəsləmişdir.

Lakin Ermənistan Azərbaycanın bu xoş niyyətini rədd etmiş və Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlər törətməyə davam etmişdir. Günahsız mülki əhaliyə qarşı hərbi təcavüzlər isə qəbuledilməzdir. Ermənistan Suriya, Liviya kimi ölkələrdən terrorçu qrupların nümayəndələrinin, o cümlədən PKK terror təşkilatına məxsus silahlıları Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirmiş və həmin terrorçu ünsürlərdən Azərbaycan xalqına qarşı qətliamlarda istifadə etməkdədir. Ermənistan-Azərbaycan münaqişəsi dini zəmində baş vermir, buna görə də münaqişənin dinlərarası qarşıdurma kimi təhlili yaxud təqdimatı yolverilməzdir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi dini zəmində baş versəydi, o zaman Qafqazın digər xristian ölkəsi olan Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri qurula bilməzdi.

Azərbaycanın Ermənistan ərazisinə dair hər hansı iddiası yaxud gizli niyyəti yoxdur, bizim məqsədimiz yalnız BMT və bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etməkdir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın əzəli torpağı olmaqla yanaşı, bütün dünya tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan təkcə Dağlıq-Qarabağı deyil, onun ətrafındakı Azərbaycanın daha 7 rayonunu qanunsuz işğal etmiş və beləliklə də Qafqaz bölgəsini barıt çəlləyinə çevirmişdir. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün 27 il səylər göstərmişdir, lakin 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı növbəti hərbi cinayət nifrət doğurmuş və Ermənistana qarşı hərbi reaksiya verilməsi qərara alınmışdır. Əziz Koreya xalqı, Azərbaycan xalqı yalnız sülh istəyir, ərazi bütövlüyünün təmin olunmasını istəyir, 1 milyondan artıq qaçqın və köçkün düşmüş azərbaycanlının öz yurduna qayıtmasını istəyir. Bu prosesdə Koreya xalqının dəstəyini xahiş edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm