Nida Xəbər
Ceyhun Bayramov Maasla Qarabağı müzakirə etdi
Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Federal Xarici İşlər naziri Heiko Maas arasında telefon danışığı baş tutub. Tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə Publika.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Almaniya Xarici İşlər naziri bölgədə baş verən gərginliyin alovlanmasından ciddi narahatlığını ifadə edib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.
Ceyhun Bayramov bölgədəki son gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib. Təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini, habelə Ermənistanın Bakı-Tibilisi-Ceyhan boru kəmərini hədəfə almaq cəhdi Alman nazirin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov həmsöhbətinə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 29 azərbaycanlı mülki şəxsin həlak olduğu və 144 nəfərin isə yaralandığı barədə məlumat verib.
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO