Gəncəyə raket atılması nəticəsində 7 nəfər həlak oldu - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Gəncəyə raket atılması nəticəsində 7 nəfər həlak oldu - YENİLƏNDİ

Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Erməni terroru nəticəsində daha 33 nəfər xəstəxanaya yerləşdirilib.

*****

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Publika.az Baş Prokurorluğa istinadən xəbər verir ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olmuş, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm