Nida Xəbər
İsveç qəzeti: “Ermənistanın təcavüzü pislənməlidir”
İsveçin “Länstidningen Södertälje” qəzetində bu ölkədə fəaliyyət göstərən İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) sədri Mahirə Muxtarovanın "Ermənistanın təcavüzü pislənməlidir" adlı məqaləsi dərc olunub.
Məqalədə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə məlumat verilir. Ermənistan tərəfindən Azərbaycanın müxtəlif şəhərlərinin raket atəşinə tutulması nəticəsində günahsız insanların qətlə yetirildiyi diqqətə çatdırılır.
Müəllif oxuculara münaqişənin tarixi, Ermənistanın müharibə cinayətləri, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Bildirir ki, Ermənistanın Azərbaycana hücumu azərbaycanlıların kütləvi deportasiyası və qətlləri ilə müşayiət olunub. Azərbaycan isə Ermənistan kimi monoetnik bir ölkə deyil və ölkəni azlıqlardan təmizləməyə yönəlmiş bir siyasət həyata keçirmir. Məqalədə bununla bağlı Prezident İlham Əliyevin çıxışından sitatlar gətirilir.
Məqalədə qeyd edilir ki, hazırkı hərbi əməliyyatların məqsədi özünümüdafiə, təcavüzkar bir qonşunun ekspansionist ambisiyalarından qorunmaq və köçkün vətəndaşları evlərinə qaytarmaqdan ibarətdir. Bunu nəzərə alaraq Ermənistanın addımlarını pisləməkdən başqa bir şey qəbuledilməzdir. Azərbaycanın özünü müdafiə etmək hüququ var.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."