Rus psixoloq: Azərbaycan qəlbiaçıq insanların yaşadığı Günəş ölkəsidir
Bizi izləyin

Nida Xəbər

Rus psixoloq: Azərbaycan qəlbiaçıq insanların yaşadığı Günəş ölkəsidir

Bomba 91 yaşlı babamın tək yaşadığı evinə düşsəydi, necə olacaqdı?!

Bu sözləri Publika.az-a Rusiyalı psixoloq Anton Kvitçastıy bildirib.

Anton Kvitçastıy Ermənistanın Gəncədə törətdiyi terror aktlarını pisləyərək körpələrin, dinc insanların ölümünə kədərləndiyini söyləyib:

Dünən ailəmlə birgə Azərbaycanın Rusiyadakı səfirliyinin önündə Gəncə qurbanlarını andıq. Bilirsiniz, məni Azərbaycanla nə bağlayır? Orada dostlarım, babam yaşayır. Anam, xalam orada böyüyüblər, azərbaycanlılarla, ermənilərlə, ruslarla bir məktəbdə oxuyublar. Onlar böyük bir ölkədə aydın səma altında yaşayıblar, aşiq olublar, ailə qurublar. Anamın yaxın dostları arasında həm azərbaycanlılar, həm də ermənilər var. Elə mənim də...

Müharibə çox çirkindir. Dinc insanlar, uşaqlar ölür.17 oktyabr gecəsi Gəncəyə atılan raket anamın rəfiqəsi yaşayan məhəlləyə düşdü. Evlərinə ziyan dəysə də, xoşbəxtlikdən özləri zərər görmədilər. Amma təəssüf ki, bir çox ailə, günahsız insanlar, körpələr öldü.

Bəs bomba 91 yaşlı babamın Bakıda tək yaşadığı evinə düşsəydi, necə olacaqdı?! Təsəvvür etmək istəmirəm!

Son günlər müharibəyə görə onunla mütəmadi danışa da bilmirik. Telefon əlaqəsi çox zəifləyib.

Azərbaycan qəlbiaçıq insanların yaşadığı Günəş ölkəsidir. Hər dəfə ora qonaq gedəndə, uzun illər dostluq etdiyim insanlarla görüşürəm. Əsl Qafqaz qonaqpərvərliyindən zövq alıram.

Ermənistanda heç vaxt olmamışam, amma əminəm ki orada da yaxşı insanlar var.

İnsanların müxtəlif maraqları, baxış bucaqları, dilləri ola bilər. Amma hamımızın qanı qırmızıdır. Tezliklə məsələnin sülh yolu ilə həll olunacağına inanıram.

Azərbaycana bol günəş istisi, aydın səma arzulayıram".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm