• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Bayramovun Vaşinqton səfəri: Kimsə bizə nəsə diktə edə bilməz nəticə - ŞƏRH

Bayramovun Vaşinqton səfəri: Kimsə bizə nəsə diktə edə bilməz nəticə - ŞƏRH

“Bu görüşdən, danışıqlardan elə bir müsbət, real nəticə gözləmirəm. BMT-də də müzakirəyə çıxartdılar və ümumi şəkildə atəşkəsə çağırış etdilər. Mənə elə gəlir ki, Vaşinqtonda da ən yaxşı halda atəşkəsə çağırış edəcəklər ki, danışıqlar bərpa olunsun. Mənim real gözləntim budur”.

Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovun oktyabrın 23-də Vaşinqtonda nəzərdə tutulan görüşünü şərh edən Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Fərhad Hüseynov qeyd edib.

F.Hüseynov diqqətə çatdırıb ki, Rusiyanın vasitəçiliyi ilə bilavasitə danışıqlar aparıldı: “Hətta iki dəfə atəşkəs razılaşması əldə olundu, amma erməni tərəfi atəşkəsə əməl etmədi. Azərbaycan tərəfi isə sözünə əməl etdi. Yənə də mənə elə gəlir ki, Amerikada onlar da atəşkəs çağırışı edəcəklər. Amma birmənalı şəkildə inanmıram ki, Ermənistan tərəfi atəşkəsə əməl etsin. Ümumi razılaşacaqlar, amma yenə də atəşkəsi pozacaqlar. Əgər biz bu atəşkəsə yenə razılaşıb, gözləmə mövqeyi tutsaq, mənim ən çox qorxduğum odur ki, yenə də Azərbaycanın dinc əhalisini, cəbhə bölgəsindən uzaq şəhərlərimizi atəşə tutacaqlar”.

F.Hüseynov inanmır ki, Azərbaycan indiki vəziyyətdə hansısa məcburi şərtlərin diktəsini qəbul etsin: “Çünki indi həm beynəlxalq aləmdə, həm də hərbi meydanda vəziyyət bizim xeyrimizədir. Orada kiminsə Azərbaycana nəsə diktə etməsinə inanmıram. Ola bilər yumşaq çağırış etsinlər ki, atəşkəsə getmək və danışıqları bərpa etmək lazımdır. Ərazilər azad olunmayınca, birmənalı şəkildə onların çağırışlarına gedib, danışıqlar masasına əyləşmək bizim üçün arzulolunmaz hal olar. Əgər biz atəşkəsə gedib, bu prosesi dayandırsaq, bu qədər çəkdiyimiz zəhmət, sentyabrın 27-dən bu günə qədər davam edən hərbi əməliyyatlar, nə qədər şəhidlər vermişik, nə qədər yaşayış məntəqlərimizi darmadağın ediblər, yəni bütün bu prosesin üstündən xətt çəkmək olar. Bu gün bizim bir yolumuz var, o da axıra qədər getmək”.

“Əgər onlar elə vasitəçilik etmək istəyirlərsə, onda Birləşmiş Ştatların, həmsədr ölkələrin təşəbbüsü ilə məsələ Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı. Nəticə nə oldu? Əgər həqiqətən sülh istəyirlərsə, bircə dəfə hansısa biri səsləndirirmi ki, Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, bu qətnamələrin heç olmasa icrasını təmin etsinlər. Biz nə istəyirik ki? Biz həmin qətnamələrin icra olunmasını tələb edirik və həmin qətnamələr də birmənalı şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunmasını tələb edir. Vasitəçilik etmək istəyən dövlətlərdən, yaxud Minsk Qrupunun həmsədrlərindən o qətnamələri səsləndirən varmı? Hansı ki, 3 dövlətin üçü də Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ona görə, biz heç bir diktə qəbul edə bilmərik. Bunu cənab Prezident də vurğuladı ki, bu gün bizə heç kim məcburən heç nəyi diktə edə bilməz və bu cür diktəni qəbul etmirik. Mən də Prezidenti dəstkləyirəm ki, düz deyir, bizə heç kim diktə edə bilməz. Biz kiminsə ərazisini işğal etməmişik, yaxud gözümüz yoxdur. Biz dövlətimizin işğal olunmuş ərazilərini azad etmək üçün mübarizə aparırıq. Bunun əks variantını bizə kim diktə edə bilər? Bu, anormal bir haldır, onlar bizə diktə etsinlər ki, məcburən atəşkəsə gedib, danışıqları bərpa etmək lazımdır”,- konfliktoloq əlavə edib.

F.Hüseynov sual etdi ki, 26 ildir danışıqlar gedir, nə nəticəsi oldu: “1994-cü ildən bu yana baş aldatmaqla məşğul olublar. Nəticə nə oldu? Heç bir şey. Ona görə də heç bir kənar dövlət müdaxilə edə bilməz. İndi 19-cu əsr, yaxud orta əsrlər deyil ki, böyük dövlətlər kiçik dövlətləri məcbur etsinlər ki, bu addımı belə at. 21-ci əsrdə yaşayır və bu gün Azərbaycan da 30 il bundan qabakı Azərbaycan deyil ki, bizə diktə edələr. Azərbaycanın gücü ordusu, iqtisadiyyatı və siyasi iradəmiz var. Xalq və dövlətin rəbhərliyinin bir-birinə inamı, etimadı, iradəsi var və bu iradənin qarşısında heç kim dayanıb, bizə nəsə diktə edə bilməz”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR