Nida Xəbər
Ceyhun Bayramov ABŞ Prezidentinin köməkçisilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.
XİN-dən Publika.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.
Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi