Ermənilər Tovuz və Daşkəsən istiqamətindən atəşkəsi pozur
Bizi izləyin

Nida Xəbər

Ermənilər Tovuz və Daşkəsən istiqamətindən atəşkəsi pozur

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm