• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək - Kamran Əliyev

Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək - Kamran Əliyev

Ermənistan daim sakinlərə qarşı atəş açmaq, terror törətməklə məşğul olub.

Bunu bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Bərdə şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Gəncə, Bərdə və digər ərazilərdə Ermənistan silahlı qüvvələrinin dinc sakinləri atəşə tutması ilə bağlı cinayət işlərinin istintaqı davam etdirilir

Onun sözlərinə görə, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmayıb:

"Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Azərbaycanda törədilən bu teror aktı onun döyüşdə olan uğurları ilə bağlıdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfəsində döyüşlərdə uğurlar əldə etdikdə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir. Ancaq bilin ki, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmır. Ermənistanın bu cür əməllərinə qarş cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Bununla bağlı istintaq davam etdirilir. Təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaqlar. Bütün dünyada bu cür terror hadisələri ilə bağlı sonda nəticə olub və biz də inanırıq ki, həmin şəxslər cəzasız qalmayacaq".

K. Əliyev deyib ki, Ermənistan rəhbərliyinin bundan sonra hakimiyyətdə olmağa hər hansısa haqqı yoxdur: "Dünən Bərdə rayonunda terror törətdilər, 21 nəfər həlak oldu, 70 nəfər isə yaralandı. Onlar arasında qoca, qadın və uşaqlar da var. Bu cür hadisəni onlar bir gün əvvəl də Bərdə rayonunun Qarayusifli kəndində törətdilər. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişdi ki, onların da içərisində azyaşlı var idi. Paşinyanın hakimiyyətdə olmağa haqqı yoxdur. Biz yaxın günlərdə bunun şahidi olacağıq.

Bərdə camaatı mərd xalqdır. Bu terroru da soyuqqanlıqla qarşılayaraq Prezidentin ətrafında birləşəcək". (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR