Azərbaycan Ordusu yeni masanın qurulması üçün şərtləri təmin etdi - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ordusu yeni masanın qurulması üçün şərtləri təmin etdi - Hikmət Babaoğlu

“Rusiya Federasiyasının prezidentinin səsləndirdiyi fikirlər münaqişə aktiv fazaya başlayana qədər danışıqlar masasında olan və baza prinsiplərinə əsaslanan fikirlərdir. Amma prinsip etibarilə Azərbaycan rəsmiləri tərəfindən qəbul edilən mövqe olub. Çünki 5+2 formatı, yəni problemin mərhələli həll variantını Azərbaycan qəbul edib. Ancaq bu, problemin sülh yolu ilə həll olunacağı təqdirdə məqbul hesab edilən prinsiplər idi”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, sentyabr ayının 27-dən sonra baş verən hadisələr status-kvonu dəyişdi, təmas xəttini dağıtdı: “Beləliklə, həm də yeni masanın qurulması üçün şərtləri təmin etdi. Yəni bu vaxta qədər aparılan diplomatik, siyasi danışıqlarda hərbi faktor yeni reallıqlar yaratmış oldu. Ona görə də artıq Azərbaycanın necə davranacağı bundan sonra, onun verəcəyi və diktə edəcəyi şərtlərlə bağlı olacaq. Hamı, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr və dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

“Hazırda Azərbaycan inzibati-siyasi strukturunda Dağlıq Qarabağ muxtar vilayəti adlı bir struktur tərkibi yoxdur. Çünki bu ləğv edilib. Yeni şərtlərdə Azərbaycan öz ordusu ilə öz torpaqlarını azad edirsə və bu torpaqlar üzərində suveren hüquqlarını bərpa edirsə, o zaman növbəti mərhələdə hansı inzibati vahidi necə təşkil edəcəyi hüququnu da şübhəsiz ki, özündə saxlayır. Ona görə də mən belə düşünürəm ki, növbəti mərhələdə Azərbaycan yaratdığı məhz yeni reallıqlardan çıxış edə və öz şərtlərini diktə edə bilər. İstənilən halda, Azərbaycan öz suveren sərhədləri içərisində hansı inzibati qurumu necə yaradacağı ilə bağlı özü qərar vermək hüququna malikdir. Düşünürəm ki, ən doğru qərarı da Azərbaycanın ali siyasi iradəsi verəcək”,-deputat əlavə edib.

H.Babağlunun sözlərinə görə, əslində, rejim inzibati struktur vahidiləri haqqında işlədilən ifadə deyil: “Rejim daha çox müvəqqəti yaradılan, keçid xarakteri daşıyan, nəyinsə tətbiq olunduğu hadisəni ifadə edən bir cümlədir. Fikrimcə, bununla bağlı Azərbaycan rəsmilərinin, xüsusən Xarici İşlər Nazirliyinin mövqeyini eşitsək, daha doğru şərh edə bilərik. Əslində, Rusiya Federasiyasının Prezidentinin ifadə etdiyi fikirlərdə ikinci məsələ ondan ibarət idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi etnik münaqişə deyil, etnik separatçılıqla bağlı olan bir münaqişədir. Ona görə də bu problem Azərbaycanın özünün həll edəcəyi və bu gün həll etməkdə olduğu bir problemdir. Əslində, hər iki nüans ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Rusiyanın nümayiş etdirdiyi normal, tərəfsiz deyə biləcəyimiz qədər bir mövqedir. Amma yenə də yaxşı olar ki, bununla bağlı növbəti mərhələləri, yəni bundan sonra, rəsmi Bakının necə davrancağını və hadisələri necə şərh edəcəyini gözləyək. Ali Baş Komandanın çox yaxşı bir ifadəsi var, hadisələri qabaqlamayaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm