Nida Xəbər
Almaniyadan Ermənistana ZƏRBƏ - İCAZƏ VERİLMƏDİ
Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində ermənilərin keçirmək istədikləri yürüş-mitinqinə icazə verilməyib.
Publika.az xəbər verir ki, “Report”un Ahlen və Hamm şəhər Polis Təşkilatlarından əldə etdikləri məlumata görə, sözügedən şəhərlərdə yaşayan ermənilər noyabrın ikisində yürüş-mitinqi keçirmək üçün şəhər rəhbərliyinə müraciət ediblər. Lakin Ahlen və Hamm şəhərlərinin bələdiyyələri ermənilərin yürüş-mitinqinə icazə verməyib.
Əldə etdiyimiz məlumatda deyilir ki, ermənilərin yürüş-mitinqinə icazə verilməməsinin əsas səbəbi onların seçdiyi marşrut olub. Belə ki, onlar şəhər rəhbərliyindən icazə almaq üçün etdikləri müraciətdə qeyd ediblər ki, Ahlen və Hammda toplanış məntəqəsində mitinq keçirdikdən sonra avtomobilləri ilə iki şəhəri birləşdirən yolda avtoyürüş etmək istəyirlər.
Hər iki şəhərin rəhbərliyi ermənilərin Hamburqda avtobanın bağlanması və on minlərlə insanın işinə gecikməsi ilə nəticələnən aksiyanı misal çəkərək oxşar yürüşə şəhərlərində icazə vermədiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, Ahlen şəhəri əhalisinin sayına görə, Türkiyə vətəndaşlarının ən çox yaşadığı Almaniya şəhəridir.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək