Nida Xəbər
Ceyhun Bayramov BQXK-nın baş direktoruyla görüşdü

Cenevrəyə işçi səfəri çərçivəsində nazir Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.
Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.

-
Sosial02:30
"Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm" - Prezidentə sevginin VİDEOSU
-
Sosial01:30
Azərbaycanda Ərdoğanın qələbəsi təntənə ilə qeyd olundu - FOTO/VİDEO/YENİLƏNDİ
-
Region00:56
Ərdoğandan QƏLƏBƏ TVİTİ: "Türkiyə əsri başladı"
-
Qoroskop00:20
Günün ULDUZ FALI: emosional durumunuz pisləşə bilər
-
Region00:11
Ərdoğanın qələbəsi Bakıda atəşfəşanlıqla qeyd olundu - VİDEO
-
İdman28 May 23:29
Ramil Şeydayev "Qarabağ"dan gedir? - QURBAN QURBANOV AÇIQLADI
-
Region28 May 23:22
Akşener Ərdoğanı TƏBRİK ETDİ: "Bu mesajı anlamaq bizim borcumuzdur"
-
Region28 May 23:08
Sinan Oğan: “Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu”